Yol olsam

Atıb çiynimdəki günah yükünü,
Allahın ipinə möhkəm sarılsam…
İlahi sevgidən alıb bəraət,
Rəbbimin bağışladığı qul olsam.

Yaradanın “ol”sözüylə olduğum,
Cənnətində ruhi-əziz qaldığım,
Arıların çiçəklərdən aldığı,
Min zəhmətlə topladığı bal olsam.

Zərrə-zərrə,həsrət-həsrət gəl mənə,
Qurban ollam Haqqı əziz bilmənə.
Dəryasından sahilinə gəlmənə
Ruhu ruha qovuşduran sal olsam.

Tənha Bulud Haqqın nurundan içər,
Dünya əkdiyini axirət biçər,
“Mövlaya gedən yol Leyladan keçər”,
Səni Allaha aparan yol olsam

25.02.2019
Tamara Rüstamova Tənha Bulud.
www.kafiye.net