XOCALIM.

Başına nələr gəldi səbr elədin,dinmədin
Uca tutdun başını əyilmədin,enmədin
Sinəni dağladılar mətin oldun,sınmadın
Gəl də xoş günlərini bir-bir yadına salım
Sən azad olacaqsan mənim məğrur Xocalım..
**
Nə qədər haray çəkdin dünya bunu duymadı
Sənə qovuşmaq üçün düşmən yol-iz qoymadı
Ədalətdən dəm vuran haqqı haqlı saymadı
Vəslinə yetəmmirəm sənsiz de,necə qalım?
Sən azad olacaqsan mənim məğrur Xocalım..
**
Qanına boyadılar oğulları,qızları
Tarix də bağışlamaz qaniçən qansızları
Günahsız körpələrin çıxarıldı gözləri
Bu zülümdən inan ki,çox pərişandır halım
Sən azad olacaqsan mənim məğrur Xocalım..
**
Soyqırım törədənlər hələ cəzasız qalıb
Soysuz,vətənsiz gəlib,vətənimdən pay alıb
Suçu olmayan xalqı nahaq bəlaya salıb
Söylədiklərim haqdır,pakdır mənim amalım
Sən azad olacaqsan mənim məğrur Xocalım..
**
Görəsən bu intizar nə vaxtadək sürəcək
Rəbbim bu xainlərin bəlasını verəcək
Düşmənin atdığı ox öz gözünə girəcək
Haqq qələbə çalacaqdüşmən olsa da zalım
Sən azad olacaqsan mənim məğrur Xocalım..

Nazlı Hacılı.
www.kafiye.net