EY BORÇALI, DAĞLARIN YADA DÜŞÜR

Qırdağında, Əyriqarda, Şindidə
İgidlərin at çapırmı indi, də!?
Başkeçıdin obasında, elində
Könül açan çağların yada düşür.
Ey Borçalı, dağların yada düşür.

Qarapapaq türküdü məskən salan,
Nadir Şahın səhvi eylədi talan.
Bazalt daşdan körpülərdə bənd alan
Yaşı min il tağların yada düşür,
Ey Borçalı, dağların yada düşür.

Qəlb oxşayar yamaca gün düşəndə.
Mehman olar aranda can, bişəndə.
Hər ay çiçək, gül rəngin dəyişəndə
Fərqli çalar yağların yada düşür,
Ey Borçalı, dağların yada düşür.

Bilirəm ki, yayda xoşdu növrağı,
Görən, qışda yanırmı, yurd çırağı?
Sən ey Xram gətir ordan sorağı
Bar – bəhərli bağların yada düşür.
Ey Borçalı, dağların yada düşür.

Mübariz Hüseyn Borçalı
www.kafiye.net