Yaşanmış həyat hekayəsi,,

Qonaq otağında olan böyük stolun üzərinə yığılmış nişan xonçaları tavandan asılmış bahalı çilçıraqdan düşən işığın altında daha da gözəl görsənirdi. Bəzəkli xonçaların içində yığılmış bahalı ətiryatların qoxusu belə otağa yayılmışdı. Nişan tortunun üzərinə Kənan və Aynurənin qoşa olan şəkili çox ustalıqla salınmışdı. Sanki o bir şirniyat yox böyük bir çərçivəyə salınmış şəkil idi. Hələ birinci kursda oxuyarkən Kənan evdə ailə qurmaq fikrini bildirndə əvvəlcə valideyinləri inanmamış onun sözünü bir zarafat zənn etmişdilər.Sonra bunun zarafat yox ciddi olduğunu görüb əl ayağa düşdülər .

Kənanın ailə quracaq yaşda olmadığını dəfələrlə vurğulasalar da heç bir sözün ona təsir etmədiyini görüb onların nişanlanmalarını qərara alıb hazırlıq gördülər.Əvvəlcə bu izdivaca narazı olan valideyinlər Kənanı fikirindən daşındıra bilməmiş sonunda ailənin yeganə övladı oaln Kənanın arzusunu yerinə yetirmiş Bakıdan Gəncəyə elçi gedib el adətincə qızın hərisini valideyinlərindən almışdılar Kənan Aynurə ilə təhsil aldığı Tibb Universitetində tanış olmuşdu.

Hər ikisi Universitetin müalicə proflaktika fakültəsinin tələbəsi idi. Elə dərs ilinin İlk gündən Aynurəni görüb bəyənən Kənan elə birinci kursadan qızı sevməyə başladı .Ailədə Kənandan əlavə iki qız övladıda var idi.Ancaq Kənan tək oğlan olduğu üçün ailədə üstünlüyü daha çox ona verirdilər.Bahar xanım turist kimi gəzməyə getdiyi xarici ölkələrdən alıb gətirdiyi bahalı ətiryatları geyim əşyalarının hamısını gələcək gəlini üçün xonçalara yığdırmışdı.Xüsusi dizaynla yığılan xonçalar göz oxşamaqla yanaşı çoxda məsrəfə başa gəlmişdi.Adlarına layiq bir nişan hazırlığı görülmüşdü.Bahar xanım özü şəhərin tanınmış xəstəxanalarından birində neçə il idiki kardioloq kimi fəaliyyət göstərirdi.Həyat yoldaşı Zahid müəllim isə Universitetlərdən birində dərs deyirdi.Hər ikisi ziyalı olan insanlar idi. Bu nişan Zahid müəllimin ürəyincə olmasa da övladının xatirinə o qapıya getməli oldu..

Aynurənin həirsini alan kimi nişan hazırlıqları başlandı.Bahar xanımın sevincinin həddi-hüdudu yox idi.Hər gələn qonağın önünə az qala qol qaldırıb oynaya -oynaya gedirdi.Qadın sevincinin çoxda keçməyəcək acı bir kədərlə əvəz olunacağından çox xəbərsiz idi..Onları gözləyən dəhşətli hadisələrin bu gün başlanma səbəinin bu nişan olacağını bilsə idi heç zaman bu izdivaca razılıq verməz nəyin bahasına olursa olsun Kənanını bu yoldan çəkindirərdi..Bu sevincin nə qədər çəkəcəyi isə Aynurənin ailəsindən başqa heç kimə bəlli deyildi.

 

Ardı var

Nahide Tagıyeva Qurbanova / 31. Ocak 2018
www.kafiye.net