Sudan Gelen

Sudan gələn nazlı dilbər.
Naz qatmısan yerişinə.
Hardan alıb bu işvəni
Sən qatmısan gülüşünə.

Baxışların vallah daşa
Dil verəcək danışmağa.
Bax eşqinə çox cavanlar.
Can atacaq qovuşmağa.

Ayağında bazubəndin
Biləyində qolbağın var.
Əlindəki cürdəyinin 
Beli incə boğazı dar.

Sinə meydan ağız püstə
Hər kəlməndən qız bal axır.
Dodaqların qaymaq kimi.
Qız vallahi canlar alır.

Görən deyir gözəl dilbər
Hansı bağın maralıdır.
Kim bilir ki neçə igid.
Saf eşqindən yaralıdır.

Nahidə Tagıyeva Qurbanova / 19.02.2019
www.kafiye.net