Səsini 1 dəfə eşitsəm sənin

Səsini 1 dəfə eşitsəm sənin
Qorxuram ki qəlbim yerindən qopa.
1 dəfə 1 kəlmə “alo”kəlməsin
Qalaram gözümdən yaş axa-axa.

Onsuz da həsrətin qəlbimi deşir
Onsuz da gözümdə yaş dayanmayır.
Səsini duysam əgər mən sənin
Qorxuram ürəyim orda partlaya.

Dözməli olduğum həsrətindəyəm.
İstəsəm də sənə gələ bilmərəm.
Xəyalındır təkcə məni yaşadan
Səni çox sevirəm ,ay körpə balam.

Uzaqda bilirəm darıxırsan sən..
Bəlkə də hər gün məni gözləyirsən 
İnan mən də sənin həsrətindəyəm
Ayrı salıb tale 1 can olsaq da.

Yuxularımın da qonağısan sən
Hər gün də yuxuda səni görürəm
Öldürür,bitirir bu həsrət məni
Ölü bir ruham mən canlı olsam da…

Nigar Şemsi..05.10.2017……..ureyimden geldiyi kimi yazmisam..bu seir deyil ureyimin acisidi ..bele dusunun
www.kafiye.net