Aydın sabaha!

Gəl böylə qəm çəkmə ey könül daha,
Uzaq ol qüssədən,bağlan Allaha,
Qadirdir,Sübhandır,O Xudam özü,
O səni çıxardar aydın sabaha!

Söz verdim özümə ay dostlar dünən,
Yazmayım özümdən,qəmdən-qüssədən,
Acılar dadmışam balla yeyilməz,
Namərdlər don biçdi məkr-hiylədən!

Yazıram dərdimi bilənim yoxdur,
Ağlaram gözümü silənim yoxdur,
Dünyanın malında yoxdur həvəsim,
Çox şükür ay Allah gözlərim toxdur!

Özgənin malına göz tikən nadan,
Yığıb apararsan fani dünyadan
Yığıb günahları aparacaqsan,
Qismətin kəsilər beş arşın ağdan!

Solmazı,saldılar qəsdən tuzağa,
Nadanlar döndülər ac yalguzağa,
Rəbbim verəcəkdir özü əvəzin,
Salacaq namərdi şaxta-sazağa!

Solmaz Şirvanlı
30-01-2019
www.kafiye.net