Necə yazmayım???

Lalə yanağımda yaş izin salıb,
Bayırda saxta var,qış izin salıb,
Bəxtimə qaranlıq tuş izin salıb,
Bu qara günümdən necə yazmayım?

Nə qapımı açan,nə gələnim var,
Nə halımı şoran,dərd bilənim var,
Mənim bu halıma çox gülənim var,
Haraydan,ünümdən necə yazmayım?

Bir ömür qaranı geyib əynimə,
Tənhalıq sözünü saldım beynimə,
Allah, işim qalıb necə,neynimə,
Bu gündən,”dün”ümdən necə yazmayım?

Uca Yaradana eyləyib pənah,
Dualar edirəm hər axşam,sabah,
Haramı halal tək yeyirlər Allah,
Şeytandan,cinindən necə yazmayım?

Solmazın qəsdinə duran a nadan,
Yığıb apararsan sən bu dünyadan,
Olarsan peşiman bil ki,sonradan,
Ağlayıb gözümdən necə sızmayım,
Peşiman günümdən necə yazmayım???


Solmaz Şirvanlı
26-01-2019
www.kafiye.net