Ay şeir oğrusu/ünvanlı/ atmışam bloka bu adamı bu gün

Toyuq-cücə, ördək -qaz oğrusu var,
Uşaq oğrusu var , qız oğrusu var,
Çörək oğrusu var, duz oğrusu var,
Oğruların ən pis , cılız oğrusu,
Ay şeir oğrusu, ay söz oğrusu!

Bu kəlmələr, bu misralar özgənin,
Yaşamadın, bu duyğular özgənin,
Çəkməmisən, bu qayğılar özgənin,
Ay üslub oğrusu ,ay iz oğrusu,
Ay şeir oğrusu ,ay söz oğrusu!

Mənimsəyib sümürdüyün duyğular
Sənə utanc verər, ayıb sayılar.
Adamsan, adamın mənliyi olar!
Ay vicdan oğrusu ,ay düz oğrusu,
Ay şeir oğrusu ,ay söz oğrusu!

Dərdlərimi verdim sənə, daşı ,döz!
Peşkəş olsun gözlərimin yaşı ,döz!
Sənə verdim ömrümdəki qışı, döz!
Haqqın -həqiqətin dinsiz oğrusu,
Ay şeir oğrisi, ay söz oğrusu!

Ordan-burdan toplamısan, hazırsan,
Klassikdən müasirə sızırsan,
Gah şərabdan ,gah imandan yazırsan,
Sənət dünyasının yönsüz oğrusu,
Ay şeir oğrusu ay söz oğrusu!

Tənha Bulud, Haqq incələr , qırılmaz,
Çirkab olur axmaz göllər, durulmaz
Su tökməklə boş quyu suyla dolmaz,
Bizim imzamızın bizsiz oğrusu,
Ay şeir oğrusu ,ay söz oğrusu!

Tamara Rustamova Tənha Bulud.07.04.2017
www.kafiye.net