Ikrah oyadır 
(yada düşənlərdən)

Bəzi sözlərim çox qəliz,
Əksəriyyəti “saya”dır,
Bir “gözəl”lə müsahibəm,
Adamda ikrah oyadır:

-Sordum ki, nədir namus, ar?
Dedi: – Təyin edər bazar,
Dedim : – Çoxmu fanatın var?
Dedi : – Qoyduğum “maya”dır.

Dedim : – Hanı təmiz niyyət,
Ülvi duyğu, saf məhəbbət?
Dedi : – Dəyər düşüb, əlbət,
Bu da “devolvasiya”dır.

Dedim : – Yəqin, ağlın çaşıb,
Dedi : – Cəhdim sədlər aşıb,
Bədənim avropalaşıb,
Bir az başım “Asiya”dır.

Dedim: – Deyilsən yar kimi,
Dedi : – Coşma “xiyar” kimi,
Dedim : – Nədir bu nar kimi?
Dedi : – “Naviqasiya”dır.

Dedim : – Gözəl, bu nə dondu?
Damarımda qanım dondu…
Dedi : – Yubka etalondu,
Sevgim ondan da qısadır.

Vücudu gəlmədi xoşa,
Bənzədi ayrı cür “quş”a,
Çingiz düşə bilmir başa,
Bu necə Formasiyadır?…

Çingiz Kürdəmirli
www.kafiye.net