Bəzən

Bəzən biz keçmişin şirin xatirələri ilə ilə yaşayırıq .Keçmişdə baş verən hər şey bizə şirin gəldiyi halda bugünün hər günü acı dadır…

Məsələn ,uşaqlıq illəri hansısa bir rayonda keçmiş bir insan sonralar müxtəlif səbəblərdən məkan dəyişməsi etməli olur,başqa bir rayona ya şəhərə və ya tamam başqa bir ölkəyə köçməli olursa çox vaxt keçmişi onun xatirələrində silinməz iz buraxır…Bu zaman o hər anında və hər addımda daima keçmişi xatiırlayır, birlikdə oynadıqları dostarını, bəlkə də kasıblıqla yaşadıgı və indiki yaşayışından maddi cəhətcə qat-qat aşagı olan o həyatını, balaca evlərini düşünür..Keçmiş daima onun gözləri önündə rəngli olaraq canlandıgından bugünü ağ qara vəziyətdə görünür…Bəlkə də illərin keçməsi onun yaşını artırsa da o böyümür…Bu keçmişdən təcili qurtulmaq lazımdı ,əks halda keçmişin burulğanında məhv olub gedəcək…Belə həssas insanın kemişdən qurtulması keçmişdə buraxdıqlarına geri dönməsi ilə baş verə bilər..Bəli,məhz keçmişə dönməsi ilə…Bu zaman hərşeyin onun xatirindəki kimi qalmadıgının və dəyişdidiyinin şahidi olacaqdır…Keçmişdə oynadıgı uşaqların artıq böyüyüb ailə qurdugunun, həyətlərində daima oturub söhbət edən qonşu arvadların qocaldığının, bəzilərinin öldüyünün,insanların dəyişdiyi qədər ətraf mühitin də dəyişdiyinin, keçmiş evlərindən, küçələrindən və o şən həyatdan heç bir əsər qalmadığının şahidi olacaq,içində qabaran keçmiş gözlərinin qarşısında öz həqiqi simasıyla dayanacaq və ən əsası onun hər gün xatırladıgı insanların heçbirinin onu hər gün yada salmadıqlarını anlayacaqdır…Gözündə müqəddəsləşdirdiyi keçmişin adi bügünlərdən fərqi olmadıgını görəcək ,həsrətini çəkdiyi o keçmişin bugünə necə həsrətlə boylandığını gördüyündə bugünün qiymətini dərk edəcək və.onun yaşadıgı həyat tərzinə sahib olmaq üçün insanlarln necə çabaaladıglarını gördüüyündə yaşayışınınn dəyərinin fərqinə varacaqdır…

Bəzənsə insan keçmişdə gənclik illərində hansısa səbəbdən ayrı düşdüyü sevgisini unada bilməz…Ətrafında onun üçün hər cür fədakarlıq edə biləcək olan sevəni oldugu təqdirdə o daima xəyalarındakı keçmiş sevgisini təsəvvür edər..Belə insana da mütləqdir ki, keçmişiylə bir dəfə üzləşsin…Bu zmaan keçmişdə qoydugu o sevginin də onun qədər böyüdüyünün fərqinə varacaq ..Bəlkə də qarşısında tam fərqli bir insan dayanaraq ona soyuq baxışlarla baxdıgını və hətta bəlkə də xatırlamadıgını görəcək və bu zaman gözlərindəki dumanlı keçmiş aydın və net şəkildə görünəcək..Onun üçün bu qədər əhəmiyətli olan şəxsin onu heç düşqnmədiyini görəcək.Yalnız bu zaman bugün onu sevən şəxsin sevgisinin fərqinə varıb keçmişindən qurtulacaq.

Və son olaraq biz həyat kitabımızda keçmişdə oxudugumuz səhifələri heç vərəqləmədən beynimizdə canlandıraraq xatırlamaqla kifayətlənməməliyik.Çünki, keçmişdə oxudugumz səhifələr o zaman oxudugumuzda beynimizdə hansı səhnələrlə canlandırmışıqsa elə həmin səhnələrlə yadımızda qalmış olur.Ola bilər ki , bizim həmin səhifələri oxudugumuz zamanlardakı həyata baxış tərzimiz fərqli olsun və oxuduqlarımızı da özümüzə məxsus şəkildə mənimsəmiş olaq.Açıb həmin səhifələri təkrar oxumadıqca orda yazilanların əsl məgzini də anlamamış olacagıq..Bəzən keçmişin tozlu səhifələrini xatirlamaq əvəzinə onların tozunu da silməyimiz lazımdır..

Nigar Şəmsi..
www.kafiye.net