DƏYİŞDİN..

Yanında dəyərim yoxdursa əgər,
Nə sən məni axtar,nə də mən səni .
Dərd verən özü də sonda dərd çəkər,
Nə sən məni axtar,nə də mən səni..
*
Bir vaxt sən üzükdün,mən onun qaşı,
Sayəndə qurumur gözümün yaşı,
Dərdini ged artıq özün tək daşı,
Nə sən məni axtar,nə də mən səni.
*
Bir xata elədim inandım sənə,
Etmədiyin zülüm qalmadı mənə,
Zərərin yarısı xeyirdir yenə,
Nə sən məni axtar,nə də mən səni.
*
Anlamadım niyə belə dəyişdin,
Məni hansı qaratelə dəyişdin,
Bir halda mənimlə belə əyişdin,
Nə sən məni axtar,nə də mən səni…

Nazlı Hacılı.
17.01.2017.
www.kafiye.net