GƏL APAR..

Çıxıb getmək işin həlli deyildir,
Gəl artıq özünü məndən al,apar.
Sənin gözün kimdə bəlli deyildir,
Gəl artıq gözünü məndən al,apar.
**
Sənsiz həyat yoxdur sanırdım bir vaxt,
Eşqin ürəyimdə qurmuşdu bir taxt,
Bu sevda uğrunda olmadın servaxt,
Gəl artıq sözünü məndən al,apar.
**
Getdinsə bir daha arama,sorma,
İncimiş qəlbimi bir daha qırma,
Gözümə görünüb ruhumu yorma,
Gəl artıq sazını məndən al,apar.
**
Hara baxıramsa əksin görünür,
Arxamca bir kölgə hər gün sürünür,
Xəyalım dumana,çənə bürünür,
Gəl artıq izini məndən al,apar.
**
Həsəd aparardı çoxları bizə,
Sən ki dönük çıxdın verdiyin sözə,
Gəlmək istəmirəm sənlə üz-üzə,
Gəl artıq üzünü məndən al,apar.

Nazlı Hacılı.
www.kafiye.net