“Saxta babaya yazılan məktub”

Artıq axşam olmuş,hava qaralmışdı.Saxlamaq üçün yer olmadığından maşınımı biraz uzaqda qoyub, dükana girib qayıdacaqdım.Küçədə hər tərəfdə işıqlar yanır,qarşısından keçdiyim dükan, marketlərin içindən şən musiqi səsləri eşidilir,qurulan yolkaaların üzərinə qoyulmuş işıqlar bərq vuraraq qaranlıgı aydınladırdı,hər dükanın qapısı boyu yanıb sönən işıqlar düzülmüşdü.Mən azacıq yagıb, yeri ag örtük kimi döşəyən qarın üstüylə addəmlayaraaq evə tələsirdim,axı oglum məni gözləyirdi. Ona aldıgım qırmızı oyuncaq maşını verərkən gözlərinin sevincdən parıldayacagını görmək məni dünyanın ən xoşbəxti edəcəkdi.Elə bunu düşünərək içimdəki sevinc xəbərim də olmadan dodagımdakı təbəssümə çevrilmişdi. Sagda skamyada oturan qırmızı xalatlı kişinin bikef,məyus halı diqqətimi çəkdi.O, pambıqdan olan saqqal və bıgları gözlərindən axan yaşlardan islanaraq büzüşmüş,qırmızı papagı isə başından çıxarılaraq əlində tutulmuşdu.Görkəmindən mənimlə eyni yaşlarda oldugu hiss olunurdu., yaxınlaşıb aglamaq səbəbini duymaq,bilmək istedim:-Ay Şaxta baba ,qarqızzmı qaçıb səndən aglayırsan? -deyərək zarafatyana sual etdim ki,bəlkə keyfi düzələ.Diksinərək üzümə baxdı və birdən gülməyə başladı. Gülürdü, fəqət gözlərində yaşlar damcı -damcı dodagına tökülürdü.Gəlib yanında əyləşdim.Əlimi yavaşca dizlərinə vurub:Hə,danış görək,dedim.Sanki içini tökməyə ehtiyacı varmış kimi tez sözə başladı..

-Qardaş mən kasıb adamam,işim yoxdu”şaxta baba”paltarı geyinib bugün uşaqları güldürməklə, əyləndirib hədiyyələr verməklə 5-10 manat pul qazanmışdım ,oglumun məndən istədiyi hədiyyəni ona ala bilmək ümidiylə əlbəətttə.Oglum bilmir ki ,mən bu cür çətinliklə pul qazanıram,o mənim yaxşı bir işdəə işlədiyimi zənn edir,eh..ehtiyac,işsizlik çox pis şeydi …Əlqərəz mən sevincək hədiyyəni alıb evə gəlirdim, cavan bir oglan öz bahalı avtomabilini içkili vəziyətdə idarə edərək az qala məni vuracaqdı.,özümü qurtarım deyərkən,əlimdəki oyuncaq maşın yerə düşdü , bu cavan oglan da öz cip maşınıyla həmin oyuncaq maşının üstündən əzərək keçdi.İndi yuxarı -oglumun yanına da getməyə utanıram…”-Kişinin danışdıgı bu qısa macəra məni uzun fikirlərlə zamanı səyahətə apardı,bir anlıq uşaqlıgıma döndüm…..

O zaman mənim 4-5 yaşım olardı.Balaca bir evimiz,kiçik amma xoşbəxt bir ailəmiz vardı.Atam və anam məni çox istəyirdilər,çox zaman gedib onların ortalarında hər iksini qucaqlayib yatirdim.Yeni ildə atam mənə :Nə isətyirsən mənə de,mən bu kagiza yazım,balışının altına qoyum,şaxta baba sən yuxuda olanda o məktubu götürüb oxuyacaq və sənə istədiyini gətirəcək”-demişdi.Mən:-oyuncaq kamaz – demişdim,o da yazmışdı.Atam o gecə evə gəlməmişdi,o gecə ötən ilki şaxta baba da gəlməmişdi,o gecə təkcə kamaz gəlmişdi və o gecədən sonra mən bir də atamı görməmişdim.Günlərin birindəsə bizim balaca kiçik mənzilimizin qarşısında aglaşma səsləri ilə yuxudan ayılmışdım,tez anamın yanına qaçıb qorxudan ona sarılmaq istəmişdim,amma anamı tapa bilməmişdim.Anam yox idi,heç yerdə yox idi ,qonşular”can bala yetim qaldın”-deyib aglayaraq məni qucaqlayırdılar.Amma mən anlamırdım”yetim?”” bu nə deməkdi? bu sözün mənası nədi?”.Bilmirdim,başa düşmək istəyirdim.”anam hardadı?atam hanı?hara getmişdi?mən aylar idi atamın yolun gözləyirdim ,axı anam demişdi ki ,o işlə baglı səfərə gedib,gələcək.Bəs niyə hələ gəlməmişdi,nə vaxt gələck idi?…-Ana hardasarn axı? -deyərək qışqırıb aglamaga başladım,bu zaman ətrafdan gələn aglaşma səsləri çoxaldı.”can bala” deyərək qonşular məni qucaqlayib aglayirdilar,amma mən nə baş verdiyini anlamırdım.O gündən sonra məni çoxlu uşaqlar olan evə aparmışdılar,məənim çoxlu

dostlarım,bacı və qardaşlarım vardı,oyuncaqlarım da vardı.Amma mən atamla anamçün darıxırdım.. Yeni il gəlmişdi,sevinirdim,bəlkə ötən il yeni ildə gedən atam qayıdacaqdı,məni götürüb anamın yanına aparacaqdı,axı onlar harda idilər?Çox darıxırdım artıq özüm yazmagı öyrənmişdim, burda yazmagı öyrədən müəlliməm vardı,ondan xahiş etmişdim ki ,,mənə yazmagı hamıdan tez öyrətsin.,çünki mən yeni ildə şaxta babaya məktub yazacaqdım,axı atam yanımda yox idi ki,mənim istədiyimi məktuba o yazsın. Mən o gün məktub yazaraq balışımın altına qoyub sevincək yatmışdım ki,səhər şaxta baba mənə istədiyimi gətirəcək.Səhər şənlik var idi,uşaqlarla deyib-gülüb oynadıq,Şaxta babanı,Qarqızı həvəslə çagırdıq .Uşaqlar Şaxta babayla Qarqızı gözləyərkən mən həvəslə atam və anamı gözləyirdim, gələcəklərinə inanırdım,çünki şaxta babaya məktubumda məhz onlara nə istədiyimi yazmışdım.Şaxta baba və Qqarqız gəldi,Amma atam -anam gəlmədi.Dolmuşdum,amma yenə ümid edirdim,deyirdim ki yəqin hədiyyə veriləndə onlar gələcək.Nəhayət Şaxta baba hədiyyələri uşaqlara paylamaga başladı.Hər kəs öz hədiyyəsini sevinclə alıb ,Şaxta babaya təşəkkür edərək bir qıraga kecib aldıgı hədiyyəni açmaqla məşgul idi.Mənə növbə çatmışdı.Mən Şaxta babanın çantasındakı hədiyyələrə baxıb öz hədiyyəmi gözləmirdim.Gözlərim qapıda idi.Atamla anamın indi qapıdan içəri girib məni qucaqlayacagini xəyalıma gətirirdim.Birdən Şaxta baba mənə səsləndi :-Ay mənim şirin nəvəm , hədiiyyəni niyə almırsan?-təəccübə xəyallarımdan qopub Şaxta babanın mənə uzanan əlinə baxdım. gözlərim dolmuşdu.Şaxta babaya sual dolu baxışlarla baxdım,Sonra da dözə bilməyərk aglayib qaçdım. Hamı təəccüb içində idi, heçkim nə baş verdiyini anlaya bilmirdi.Mənim hədiyyədən razı qalmadıgımı düşünən Şaxta baba yanıma gəlib :-Mənim balam, hədiyyə xoşuna gəlmədi? Nə ürəyin istəyirsə denən, onu gətirim sənə,aglama ” Gözlərimdən yaşları silərək ona sual dolu baxışlarla baxdım.

:Bəs sən məktubu oxumamsan?

-Hansı məktub?

Mən axı sənə məktub yazmışdım .Keçən il də yazmışdım,daha dogrusu atam yazmışdı…..-deyərək təəssuf içində başımı aşagı saldım.Sonra birdən başımı qaldırıb:

-Şaxta baba,xəttim pisdi?Xoşuna gəlmədi, ona görə gətirmədin onları?

-Mənim balam, de görüm o məktubda nə yazmışdın?sənin balaca əllərinlə yazdıgın o xirda yazını oxumaga artıq bu qoca babanın gözləri zəifləyib,sən nə yazdıgını de,mən gedim gətirim.

-Dogurdan gətirəcəksən?Söz ver.

-Söz verirəm,nə istəyirsən de.

-Mən atamla anamı istəyirəm,Şaxta baba,onları gətir mənə…

O duruxdu,gözləri doldu,nə deyəcəyini bilmirdi,çaşıb qalmışdı.

-Onları mənim sənə gətirməyə gücüm çatmaz,sən məndən oyuncaq istə.

-Mən oyuncaq istəmirəm,mən atamla anamı istəyirəm,bəs söz verdin,sən yalançısan…-deyərək yenə qaçdım..Aglayırdım..”ata hardasan axı?Bəs deyirdin Şaxta baba məktubları oxuyur,ay ata mən

səninçün,anamşün darıxıram..”-deyərək aglayırdım.Birdən kimsə məni arxadan qucaqladı,isti nəfəsi ilə məni isitdi,çönüb üzünə baxdım,qırmızı xalatlı ,gözləri mənə tanış gələn bu kişi kim idi?Aha , gözləri eynilə bayaq mənlə danışan Şaxta babanın gözləridir,yoxsa bu odur?Axı onun ag saqqalı və bıgı vardı,başında papagı vardı,bəs bu saqqalsız ,qara bıglı,papaqsız kişi kimdi?

Beynimdə suallar yaranırdı.O necə də Şaxta babaya bənzəyrdi…Məni əyləşdirib ,özü də yanımda oturdu və əlindəki pambıqla papagı göstərdi.

-Mənim balam, mən o bayaqkı saqqallı babayam,ama Şaxta baba deyiləm,atanla ananı mən sənə gətirə bilmərəm,onlar göylərdədi,ordan sənə baxırlar,sınin aglamagını istəmirlər,sən aglasan onlar üzülər.

– Sən Şaxta baba deyilsənsə ,bəs Şaxta baba hanı?Niyə gəlməyib? keçən il də gəlməmişdi,amma hədiyyəmi gondərmişdi,bu il isə nə özü gəldi,nə hədiyyəmi göndərdi.

Üzülmə körpə balam,sən agıılı oglansan,digər uşaqlardan fərqlisən,sənə başa salım ki, bu dünyada şaxta baba yoxdu.Şxta baba qışın qarının,şaxtasının təcəssümü kimi “Şaxta baba” simvolu olaraq uydurulmuş “saxta baba”dı əslində.Uşaqları əyləndirmək,yeni ili gülərək,əylənərək qarşılamaq üçün insanların uydurdugu əyləncə vasitəsidir…

O gün ilk xəyal qırıqlıgımı yaşamışdım.Böyüdüyümdə bu kiçik yalanların da böyüyəcəyindən xəbərsizdim o zaman.Gələcəkdə daha böyük və daha çirkin yalanlarla qarşılaşacagım bu yalan dünyasında ilk tanışlıgım idi bu mənim yalanla.Şaxta babanın “saxta baba”olmasını anlamagımla başlandı bu tanışlıq.Eh,uşaqlıq..Nə biləydim,bu məni bu qədər agrıdan saxta baba hekayəsi saxtalıgın ən müqəddəs formasıdır,nə biləydim ki mən böyüdükcə qarşılaşacagım yalan və saxtakarlıqlar da böyüyəcək.. Beynimdən sürətlə keçən bu 25 il öncəki həyat adlı filmimin kiçik bir fraqmenti mənim ruhumu titrətmiş ,uşaqlaşdırmışdı.Yanımdakı bu Şaxta baba libaslı kişiyə üzmü tutub:

-Gəl gedək…-dedim,təəccüblə üzümə baxdı ,bir daha: a kişi ,dur gedək dükana ,oglunçün aldıgın hədiyyənin eynisini alaq ;dedim.Həm minnətdarlıq ,həm utanc hissi yagan gözləri ilə üzümə baxırdı, heçnə də deyə bilmirdi,ayaga durub ,onun da qolundan dartıb ayaga qaldırdım;-Narahat olma,insanlıq nə günə durub,deyerek dukana apardım.O oyuncagı seçməyə başı qarışmışkən ,mən də bir iki ərzaq alib çıxdım,oyuncagın da pulunu verib,sonra əlimdəki ərzaq dolu paketi də ona uzadib;-“A,l bu da Şaxta baba hədiyyəsi ” -deyərək zarafata salıb güldüm ki,utanmasın.Cibimdən vizza kartımı da çıxarıb işlə baglı mənə müraciət etməsi üçün ona təklif etdim.-“Allah səndən razı olsun” ;-deyib minnətdarlıqla gözlərimə baxdı…Onu yola saldıqdan sonra gəlib maşına minib evə dogru yol almaga başladım.Maşını sürərkən ehtiyatla sürməyə çalışırdım.Kişinin dedikləri xatirimdə canlandı,əgər o maşında oturan cavan oğlan , oyuncaq maşın əvəzində onu vurmuş olsaydı dünyada daha bir uşaq yetim qalacaq,atasız böyüyəcəkdi.Çox illər sonra öyrənmiş olsam da ,Artıq bilirdim atamı,sonra da anami məndən alan səbəbi.Atamı o gün məndən alan da məhz içkili olub özünə nəzarət etməyi bacarmayan hansısa varlı papanın gül balası imiş.O gün atam mənimçün Şaxta babaya məktubumdakı hədiyyəni alarkən evə döndüyü zaman amansız fələk atamı məndən ayırıb..Anamsa mənə baxmaq üçün hər cür əzab-əziyyətə qatlaşaraq işləyib pul qazanırmış,günlərin birindəsə bir evdə pəncərəni təmizləyərkən aclıqdan və yorgunluqdan başı fırlanaraq yıxılıb həyatını itirib.Onları məndən alan bu dünyanın haramzada varlılarının keyfi və baş alıb gedən qara camaatın işsiz güzəranının nəticəsi did..Mənsə şaxta

babanın saxta baba oldugunu anladıgım gündən sonra daha ona məktub yazmadım.Amma mənim bir çanta dolu məktubum oldu ..Kimə? atamla anama..Mən tez-tez onlara məktub yazırdım və Şaxta babanın mənə dediyi kimi onlar göylıərdən mənə baxıb üzülməsinlər deyə daha aglamırdım,məktubumda oxuyacagimi, boyuk adam olacagimi, işsizlərə komək edəcəyimi yazırdım atamla anama .Söz vermişdim özümə.Həyatın mənə vurdugu zərbələrə inad ayaqda qalacaqdım.Mən böyüdüm,oxudum və artıq bir şirkətim,bir maşınım, evim və məni çox sevən ailəm vardı.Hər işdən gəldiyimdə sevinclə qucagima “ata “deyərək atılan oglum vardı..Həyatın mənə endirdiyi zərbələrdən güc alaraq yaşamagı bacarmışdım və çalışdıqca da qarşıma çıxan işsizlərə öz şirkətimdə iş verirdim…

Beləliklə fikirlər içində artıq evə çatdım,Qapı açılanda isə oglum “ata”deyərək məni qucaqlayıb öpdü və mən də ona məndən istədiyi qırmızı oyuncaq maşını verdim.Şaxta babanın saxta baba oldugunu öyrənməsin deyə ona hər şeyi özüm əvvəldən başa salmışdım .O isə hər il məktubu mənim balışımın altına qoyurdu…


Nigar Şemsi
www.kafiye.net