Her Bir Çetinlikde

Hər bir çətinlikdə bir xeyir var..Hətta başımıza gələn bizim üçün gözümüzdə fəkakət kimi olan hadisələrin belə batinində əslində bir xeyir gizlənib.Heçnə səbəbsiz deyil…Əgər nəsə pis bir hadisə baş veribsə deməli sənin daha böyük bir pis hadisədən qorunmagın üçündü…Bizim səhvimiz baş verənlərin xarici görüntüsünü izləyərək o hadisəni qiymətləndirməyimizdi…

Bəzən də zahirən yaxşı kimi görünən hadisələrin batinində böyük bir fəlakət gizlənmiş olur..Əslində baş verənlər bizim onlardan nəticə çıxarmagımız üçündü.. Biz çox vaxt baş verən zahirən pis görünən bir hadisəni təkrar-təkrar düşünüb; “niyə axı belə oldu?”,”belə etsəydim hər şey başqa cür olardı”;- deyə düşünərək onsuz da gərgin olan əhvalımızı daha da gərginləşdiririk.Bir çoxumuz da həmin hadisəni xatirlayıb keçmişə qayıdır və eyni senarini dəyişdirib başqa -başqa variantlarda yenidən yaşayırıq..

Bununla da özümüzü sakitləşdirməyə çalışırıq..Ilişib qalldıgımız yeri hər dəfə başqa-başqa variantlarla düzəltməyə cəhd edirik.Ancaq artıq keçmişdə qalmış və yaşanmış olan bir hadisəyə beynimizdə müdaxilələr edərək dəyişməyin bizə heç bir faydası olmadıgını və bunun mövcud vıziyətimizi daha da pisləşdirdiyini bilməliyik. Hadisələrdə baş verənləri səthi təhlil etmək yerinə biraz dərinə getsək hər şeyin niyə məhz bucür başverdiyini daha aydin anlayariq və səhviimizin də nə oldugunu daha gözəl dərk edərik.Bu zaman beynimizdə həmin hadisəyə müdaxilə etmək yerinə-” yaxşı ki də oldu”- deyərək qiymət verər və əslində məhz elə bizim gözümüzün açılması üçün baş vermiş olanları dərk etmiş olarıq..

Və ən əsası hadisələrə üzülmək əvəzinə onu yaxşıya doğru dəyişməyə çalışmalıyıq.Çünki heçnə hər şeyin sonu demək deyil…Nə qədər ki dəftərin sonuncu səhifəsində sonuncu sətirdə deyilsən ,yeni abzasdan böyük hərflə başlamaga hər zaman şansın var.

Nigarı Şemsi
www.kafiye.net