GƏL YALAN DANIŞAQ

Gəl yalan danışaq bir birimizə,
Sən mənə sevirəm söylə yalandan.
Mən də inanaraq bu yalan sözə,
Tutum əllərini sənin o andan.

Gəl yalan danışaq , bu dəfə də mən,
Səndən inciyərək yalandan küsüm.
Sonra iki damla göz yaşı tök sən,
Sənə inanmaqa bu mənim bəsim

Gəl yalan danışaq yenə əzizim,
Doğruların üstü qoy bağlı qalsın.
Beləcə yaşanan ömrümüz bizim,
Yalanlar içində marağlı qalsın

Müəllif: Yaqub Kərimi
www.kafiye.net