LAHİ RƏHM EYLƏ BİZƏ

Qapına gəlirlər hey axın-axın,
Sənə ümüdlüdür nurlu sabahın.
Çırpınan ürəklər tək sənə yaxın
Gətir xoş dualar sən dilimizə,
İlahi, sən özün rəhm eylə bizə.

Dar gündə ümüdüm, pənahım oldun,
Zülmət gecələrdə sabahım oldun.
Nur olub gözümə könlümə doldun.
Səbrimi əlli yox, yetirdin yüzə,
İlahi, sən özün rəhm eylə bizə.

Ömrümə soluxmuş versən də yazı,
Qovdurdun başımdan sonda ayazı.
Payızda baharla yollarımızı,
Calayıb gətirdin bu gün üz-üzə,
İlahi, bu yolda rəhm eylə bizə.

Qəlbim hər addımda səni duyandır,
Ruhum mürgülüsə nolar oyandır.
Çəkdiyim acılar sənə ayandır,
Keçmişlə bu günüm baxır göz-gözə,
İlahi sən özün rəhm eylə bizə.

Uca zirvələrdə qarına şükür,
Verdiyin nemətə, barına şükür.
Yoxdan yaratdığın varına şükür,
Hər an ram etmisən əyrini düzə,
İlahi sən özün rəhm eylə bizə.

Sən nazil eylədin bizə quranı,
Sevmədin yıxanı, sevdin quranı.
Nə olar qoru sən Azərbaycanı,
Hər an layiq olsun öz dinimizə,
İlahi sən özün rəhm eylə bizə.

Sən ki, sevə-sevə xəlqi yaratdın,
Torpaqdan yoğurub, torpağa qatdın.
Şeytan yıxdığını tək sən ucaltdın,
Qoymadın namərdlə mərdi diz-dizə,
İlahi sən özün rəhm eylə bizə.

Bağışla nə olar bağışla barı,
Bilmədən edilən çox günahları.
Açılsın tövbənin qoy qapıları,
Olmasın nə silah, nə ox, nə nizə,
İlahi sən özün rəhm eylə bizə.

Dəyişik olmasın nə bahar nə qış,
Nə küfr olmasın nə də ki, qarğış.
Bürüsün dünyanı, bürüsün barış,
Hər bir kəs əl açıb, gəlsin bir sözə,
İlahi sən özün rəhm eylə bizə.

Qapına gəlirəm, qaytarsan geri,
Sızlayar qəlbimin incilən yeri.
Ey yoxdan yaradan göyü və yeri,
Tapşırma nə olar, sən bizi bizə,
İlahi sən özün rəhm eylə bizə.
İlahi sən özün rəhm eylə bizə.

Müəllif.Mətanət Duyğulu.
10.12.2018.
www.kafiye.net