Salam əziz və dəyərli dostlar.Hər vaxtınız xeyir olsun.Allahın köməkliyi və sizlərin duaları ilə, Müqəddəs torpaqların ziyarətindən sağ salamat evə qayıtdıq. Amma, bu qədər darıxmaq mənə hardan gəldi bilmirəm.Çox darıxıram həmin yerlər üçün sanki, ürəyimin bir hissəsini qoyub gəlmişəm orada.Allah arzusunda olan hər bir kəsə qismət eləsin .Allah dualarımızı eşitsin vətənimiz Azərbaycanın bütövləşməsində bizlərə yar və yoldaş olsun.Amin.

GƏLMİŞƏM

Bu gün qayıtsaq da, öz evimizə,
Orda ürəyimi qoyub gəlmişəm.
Haqqın qapısını, böyük ümüdlə,
Var gücüm, qüvvəmlə döyüb gəlmişəm.

Bürüdü ruhumu imam nəfəsi,
Gəldi qulağıma Peyğəmbər səsi.
Muhamməd öyüdü, sözü, kəlməsi,
Qəlbimələ ruhumla duyub gəlmişəm.

Oradadır Tanrının evi, eşiyi,
Fatimə laylası, Əli beşiyi.
Tanrının tər təmiz mənə verdiyi,
Qəlbimi, ikiyə bölüb gəlmişəm.

Susdurma “Ya Allah” deyən dilimi,
Endirmə uzanmış sənə əlimi.
Doğma vətənimi, doğma elimi, 
Tanrı qapısında öyüb gəlmişəm.

Oradan istədim hər pənahımı, 
Diz çöküb çağırdım qibləgahımı. 
Bilmədən etdiyim çox günahımı, 
Bilmirəm, bəlkə də yuyub gəlmişəm.

Orada hər zaman bahardı yazdı,
Beş dəfə oxunan gözəl avazdı. 
Nə qədər şükr etsəm yenə də azdı,
Allah, ya Muhamməd deyib gəlmişəm.


MÜƏLLİF. Metanet Duyğulu
www.kafiye.net