Dırnaq arası psixoloq Nərmin Şahmarzadəyə mesaj olaraq.

Şəhidlərimiz.

Ey milləti bilinməyən,
Özü psix, psixoloq,
Şəhid sözü nə deməkdir,
Bir tarixə eylə soraq.

Şəhidlərin sayəsində,
Nəfəs aldın bu həyatda
Dünən səni qoruyanlar, 
Bu gün yatır torpaq altda.

Bəs necə uzandı dilin,
Mübariz tək qəhrəmana?
Söylə, səni bağışlarmı, 
İndi onu doğan ana.

O ana ki, qurban verdi,
Övladını sizlər üçün.
O ana ki, sən güləndə,
O, ağladı için – için.

Bu gün mənim sözlərimi,
Əbədi yaz yaddaşına.
Sən kimilər dəyməz inan,
O ananın göz yaşına.

Bir Tanrıya, bir səhidə, 
Unutma ki, yoxdu şərik.
Tək onların qarşısında,
Dönə – dönə baş əyirik.

Ohoo “pardon” unutmuşam,
Sən kimilər Tanrı bilməz.
Səndən fərqli, bizlər üçün,
Heç zaman şəhidlər ölməz.

Daha sözün bitdiyi yer,
Su tökməklə quyu dolmur,
Qorxma, şəhidlik ucadır,
Sən kimlərdən şəhid olmur..

Bu dünyada nankor üçün,
Geniş dünya hər an dardır. 
Sənin qanın bizdən deyil,
Bizdə şəhid qanı vardır.

Şəhidlərin anaları,
Köks ötürsə deyərik can.
Daim öpür, əllərindən,
Baş əyərək Azərbaycan.

Müəllif. Metanet  Duyğulu.
25.12.2018.
www.kafiye.net