ƏRIDI GETDI

Şam kimi od tutub odlandıqca mən,
Gözümün yaşında islandıqca mən,
Səadət dalınca boylandıqca mən,
Gözümün nuru da əridi getdi.

Mənim əkizimdir mənim kədərim,
Hər an sevincimə qənim kədərim,
Mən hara getdimsə qəmim kədərim,
Mənimlə yanbayan yeridi getdi.

Həqiqət olardı eh kaş xəyallar,
Olsa da başım da cox xoş xəyallar,
Elə axırda da bu boş xəyallar,
Məni arxasınca sürüdü getdi.

Başımın üstünü duman çən aldı,
Ən xoş arzularım qəlbimdə qaldı,
O qədər səbr etdim səbrim daraldı,
Gənc ömrüm beləcə çürüdü getdi.

Ah çəkib bu qədər üzülmə yenə,
Qiymət vermədilər saqikən sənə,
Kərimi, öləndən sonra kəfənə,
Nəyinə gərək kim bürüdü getdi.

Müəllif: Yaqub Kərimi
www.kafiye.net