QARA GÖZLÜM
(RƏMƏL)

Qara gözlüm o, qara gözləri süzdükcə yenə.
Baxışınla hey üzürsən məni üzdükcə yenə.

Nə olar lütf elə canan məni incitmə dedim !
Tutaraq qəlbimi əzməkdəsən əzdikcə yenə.

Mənə xoşdur nə qədər naz eləsən dilbəri-can,
Dözərəm, səbr edərəm nazına dözdükcə yenə.

Edirəm halımı ərz loğmana bir çarə edə,
Səni göstərdi o da çarəmi gəzdikcə yenə.

Nola ey gül, mənə mehman olasan, nəqd elə bil !
Kərimi gül düzəcək yollara düzdükcə yenə.

Müəllif: Yaqub Kərimi
www.kafiye.net