BAĞIŞLA

Bir yaz axşamında tanıdım səni,
Bir an da özünə bağladın məni,
Mən səni sanaraq könlüm həmdəmi,
Deyəsən həddimi aşdım, bağışla.

Sən mənə dost dedin, dost bildin gülüm,
Mən isə qəlbimdə çəkərək zülüm,
Xəbərin olmadan sənin sevgilim,
Adına nəğmələr qoşdum, bağışla.

Sevgimlə mən səni üzdüm deyirsən,
Sayqımdan dinmədim susdum deyirsən.
Sən mənə hələ də dostum deyirsən, 
Mən isə sevgilim, çaşdım, bağışla.

Müəllif: YaqubKərimi
www.kafiye.net