Yaşana
(təcnis)

İstəyirdim elə yazam yazımı,
Oxunanda dürlü anlar yaşana,
Zəmanə döndərdi qışa yazımı,
Gözlərimdə donub qaldı yaş, ana!

Başım üstdən qara küləklər əsir,
Cismim eyləyibdi ruhumu əsir,
Qələmim çaşdırır, vücudum əsir,
Daha öz işini görür yaş*, ana…

Nə qədər ürəkdə varmış buz…Aman!
Hara sürüklədi, bizi bu zaman?
Şeirimdə donub qalan buzam, an**,
Lənət olsun, quru qəlbə, yaş ana***…

Dediklərim başa düşən üçündür,
Birinə nəsihıət, biri üçün dürr,
Əllərim telinə sığal üçündür,
Nə fərqi var, daraq söylə, ya şana…

Fələk həsrət qoydu, çox canı cana,
Yalandan deyirik “canana” can, a…
Çingizəm yorulub, gəlmişəm cana,
Qurum tüstülənir, yanır yaş, ana!!!
————————————————

Yaş* – təvəllüdüm, yaşım.
An** – başa düş.
Yaş ana*** – Yəni indiki anda işlər yaşdı)))

19. 12. .2018
Çingiz Kürdəmirli.
www.kafiye.net