SEVDA DUMANI

Sənin dərdlərini sağaltmaz həkim,
İzn ver, əzizim nazını çəkim! 
Gül üzün, nəzərdən, gözdən qoruyan 
Könlündə eşq adlı bir saray tikim.

Mənim də könlümdə bir odan olsun, 
Divarı sevgidən, sevdadan olsun. 
Hər səhər, hər axşam aç pəncərəsin, 
Ət(i)rin, rayihən içimə dolsun!

Belə qarşılayaq vaxtı, zamanı, 
Qoruyaq yaxşını, qovaq yamanı. 
Məhəbbət zirvəsi qurur Goruslu, 
Gəl ol o zirvənin sevda dumanı.

Təvəkkül Goruslu. 22.12. 2018
www.kafiye.net