Sənin yerin görünür

Əsarətin divarları hörülür,
Azadlığın damarları qırılır,
Köhnə buzlar inadkardır ,ərimir,
İmdada gəl,sənsiz zaman gərilir,
Hara baxsaq,sənin yerin görünür,

Torpaq altda şəhidlərdən utandım
O kiçilən sərhədlərdən utandım,
Qurban gedən əsgərlərdən utandım,
Azərbaycan yaralıdır,kirimir,
Hara baxsaq sənin yerin görünür.

Bu dünyaya İblis olub hökmdar,
Çaldığı havaya adamlar oynar,
Hanı kökümüzdən gələn o vüqar?
Yavaş-yavaş üzümüzdən silinir,
Hara baxsaq,sənin yerin görünür.

Ey Xilaskar,Xızır kimi yetiş gəl,
Səməndər quşu tək oda tutuş gəl,
Sənin zühurundur tək qurtuluş gəl,
Fədailər gör nə tüğyana gəlir
Hara baxsaq,sənin yerin görünür.

Tamara Rustamova Tenha Bulud 
www.kafiye.net