Ürəyimin havası

Çiskinlidir ürəyimin havası,
Yağış yağır,sel tökülür üzümdən.
Ürəyimin harasına qoyum ki,
Damla-damla düşməyəsən gözümdən.?

Küləklərdən qanad alıb uçuram,
Məntiq-duyğu süzgəcindən keçirəm,
Düşüncələr kölgəsindən qaçıram,
Addım-addım hey sürünür izimdən.

Yumruq boyda bir ürəkdə gücə bax,
Dağ ovular,bilsə dərdimi,vallah
Dilə gəlsə,şimşək kimi çaxacaq;
Sükut etsin,təvəqqem var sözümdən.

Gecə-Gündüz,Ayla Günəş bizmiyik?
Dilimizdə düyünlənən sözmüyük?
Nağılmıyıq,yalanmıyıq,düzmüyük?
Səbrim ilə libas geydim dözümdən.

Çiskinlidir ürəyimin havası,
Yağış yağır,sel tökülür üzümdən
Ürəyimin harasına qoyum ki,
Damla-damla düşməyəsən gözümdən

Tamara Rustamova Tənha Bulud
www.kafiye.net