Vətənim ol

Vətənim ol !
Səndən özgə hər kəs mənə
Qürbət olsun.
Ayağının izi dəyən yer müqəddəs
Türbət olsun.
Vətənim ol !
Səndə tapsın rahatlığı
Qərib ruhum.
Qızıl qəfəs evim olsa.
Səni seçsin—azadlığı.
Sultanlığı azadlıqda
Görüb ruhum.
Vətənim ol!
Suyun,havan,çörəyinə
şükrüm olsun.
Doğma olsun adın mənə
Səhər-axşam zikrim olsun.
Vətənim ol!
Öz namusum bilim səni
Elə məqam tut ki
Mənim ürəyimdə
Qoy səcdənə gəlim sənin.
Vətənim ol!
Şəhid olum sənin üçün
Ya səninlə bütöv olum,
Ya da şirin candan keçim.
Vətənim ol…Vətənim ol..

Tamara Rustamova Tənha Bulud
www.kafiye.net