Günəş Gecə və Ay

Kamantək əyilib hiıal bu gecə,
Gecənin qəlbinə sancıb oxunu.
Gecə sızıldayır sakit ,gizlicə,
Göylər ərşə çəkir mənim yuxumu.
Mürgülü ulduzlar anlamaz bunu.

Neyləsin , vurğundu ayın nuruna.
Saralır bir dəli sevda uğruna.
Odur ki hilalı basir bağrına.
Qaranlıq köksündə gizlədir onu.
Mürgülü ulduzlar anlamaz bunu.

Taleyi Gecəyə yazılan hilal
Günəşi düşünür ,qəlbində məlal…
Susur sübhə kimi dilində sual:
“Günəş niyə verir mənə nurunu?”
Mürgülü ulduzlar anlamaz bunu

Tamara Rüstamova Tənha Bulud
www.kafiye.net