Ya Muhamməd/Allahummə səlli əla Muhammədin və ali Muhamməd/

Aşkar dəlillərlə ,möcüzələrlə
Onu kainata göndərdi Allah
Vəhy edib Quranı ayəbə -ayə,
Köksünə nur kimi endirdi Allah

Dağlara ensəydi əgər ki Quran,
Parçalanıb dağılardı qorxudan.
Ağır əmanəti götürən insan
“Yalnız Muhamməddir “-bildirdi Allah

Eşitsin aləmlər ,duysun hər insan,
“Bir bəşər kəlamı deyil bu Quran” !
Müjdədir ,ibrətdir ,öyüddür müdam,
Hökmüylə bütləri sındırdı Allah.

Zəburu ,Tövratı ,İncili verdi,
Ardından Mükəmməl dinin göndərdi,
Muhammədə Xətmül-Ənbiya dedi,
Şərəfli Quranı sevdirdi Allah.

Gözıəri bağlıdır, korlar nə bilsin,
Qulağı pərdəli karlar nə bilsin,
Ağlı-düşüncəsi darlar nə bilsin,
Qulunu duayla dindirdi Allah.

Dinə savaş açıb nökərləriylə,
Tağut öz kinini püskürür yenə.
“Əzəldən düşməndi Şeytan Adəmə”
Bunu təkrar-təkrar deyirdi Allah.

Biz səni görmədən sevdik ,ya Rəsul !
Hər kəlmənə”ləbbeyk” dedik, ya Rəsul!
Dininə köməyə gəldik, ya Rəsul!
Sənə özü salam göndərdi Allah 
Allahummə səlli əla seyyidina
Muhammədin və əla Ali seyyidina Muhamməd/

İlhamı Göylərdən gələn Buludam,
Möminə mehriban, kafirə yadam.
Bu da bir müjdədir gəldi Xudadan.
Mən Tənha Buluda dedirdi Allah

Tamara Rustamova Tenha Bulud
www.kafiye.net