SƏN GEDƏN GÜNDƏN

Göylərdən asılıb ruhum elə bil
Qəlb dolu qubardır sən gedən gündən.
Sükuta qərq olub sanki dodaq,dil
Dünya mənə dardır sən gedən gündən..
**
Həsrət yırpalayır,alır canımı
Dondurur damarda hicran qanımı
Nisgil bürüyübdür dörd bir yanımı
Könlüm ahu-zardır sən gedən gündən..
**
Günlər sıxır məni ,açılmır eynim
Xəyal aləmində dolaşır beynim
Sənsiz hara gedim,sənsiz mən neynim?
Qüssə mənə yardır sən gedən gündən..
**
Saralıb bənizim,soluxub üzüm
Qəmlidir hər kəlməm,qəmlidir sözüm
Hər sabah,hər axşam nəmlidir gözüm
Ömrüm,günüm xardır sən gedən gündən.
**
Çiynimə yüklənib dünyanın dərdi
Sənsizlik könıümə qəm,kədər verdi
Bu ayrılıq niyə bu qədər sürdü?
Yaşamım zinhardır sən gedən gündən..

Nazlı Hacılı.
22.11.2018.
www.kafiye.net