AĞLARAM..

Qəlbimin yarasın saranım getdi,
Arayıb,halımı soranım getdi,
Arxamda dağ kimi duranım getdi,
Bu eşqin qəhrini çəkər ağlaram.
**
Allah bu nə sitəm,bu nə zülümdür,
Ayrılıq dediyin sanki ölümdür,
Məni bu hallara salan gülümdür,
Belimi iki qat bükər,ağlaram..
**
Peşmanlıq içində qəmlə dolaram,
Şam kimi əriyib,gül tək solaram,
Yarın qoxusunu güldən alaram,
Qəmi ürəyimə əkər,ağlaram..
**
Mən onu soraram gedib-gələndən,
Təsəlli alaram kağız-qələmdən,
İnciyib ,əlimlə dərddən,ələmdən,
Özümə bir məbəd tikər,ağlaram…

Nazlı Hacılı.
www.kafiye.net