PARÇALANDI AZƏRBAYCAN

Qalx ey vətən, oyan yenə,
Bir daha dur dönə-dönə,
Nəzər eylə tarixinə.
Bilirsən ki, zaman-zaman,
Parçalandı Azərbaycan.

Hərə durdu pusqu üstə,
Rus, erməni, İngilis də.
Fars da olub bu həvəsdə,
Qopardılar canından can,
Parçalandı Azərbaycan.

Çox Vazgenlər, Balayanlar,
Tökübdülər nahaq qanlar.
O arxalar, o hayanlar,
Bilmədilər nədir vicdan,
Parçalandı Azərbaycan.

Hər yol ilə atıb kəmənd,
Qoparıldı Şuşa, Dərbənd.
Qalmadı nə şəhər nə kənd,
Yağmalanıb töküldü qan,
Parçalandı Azərbaycan.

Niyə qalxmır dünya özü,
Bu vəhşətə yoxmu sözü?
Lalmı dili kormu gözü?
Bu soysuzlar deyir qan-qan,
Parçalandı Azərbaycan.

Yağı düşmən alıb əsir,
Torpağını söküb didir.
Tarix bilir bizimkidir,
Bakı, Naxçıvan, İrəvan,
Parçalandı Azərbaycan.

Qalx ey vətən qalx ki, yenə,
Nəzər eylə xəritənə.
Düşmən səni bölüb tənə,
Göz açmağa vermir aman,
Parçalandı Azərbaycan.

Bilirəm ki, yaran dərin,
Qövr eləyir dərdi sərin.
Nigarandır şəhidlərin.
Dönmə geri qisasından,
Parçalandı Azərbaycan.
Qalx ayağa Azərbaycan.

Müəllif.Mətanət Duyğulu.
28.11.2018.
www.kafiye.net