Sevgi şeri yazmayacam!

Dostlar sizə bir söz deyim,
Sevgi şeri yazmayacam!
Sevgi sözün ucuz tutub,
Ona məzar qazmayacam!

Yazacağam dağdan, düzdən,
Al yanaqdan, xallı üzdən,
Ləpə vuran göy dənizdən,
Şevgi şeri yazmayacam!

Yazacağam göy meşədən,
Boynubükük bənövşədən,
Yazmacam məni üsüdən,
Sevgi şeri yazmayacam!

Sevgi mənə nə verdi ki?
Başıma qəm əndərdi ki,
Dərd ələdi var hər nə ki,
Sevgi şeri yazmayacam!

Yazacağam bu dünyadan,
Gedəcəyim o dünyadan,
Sevgi əzab oldu müdam,
Sevgi şeri yazmayacam!

Solmaza eşq dərd olub dərd,
Dünya dolu nadan-namərd,
Çıxmasa yoluma bir mərd,
Sevgi şeri yazmayacam!
Sevgi şeri yazmayacam!!!

Solmaz Şirvanlı
18-11-2018
www.kafiye.net