ÖYRƏTDİN MƏNƏ

Üzünü çevirdin aylarla getdin.,
Uzaqdan sevməyi öyrətdin mənə.
Ruhumu,canımı pərişan etdin,
Uzaqdan sevməyi öyrətdin mənə..

Gözümdə,könlümdə bir tək sən oldun
Eşqinlə,sevginlə qəlbimə doldun
Həsrətdən ,əzabla canımı aldın
Uzaqdan sevməyi öyrətdin mənə.

Hər gələn kölgəni bənzətdim sənə
Alışdım ,hicrana ,dumana,çənə
Səbr etdim,dayandım ,dözərəm yenə
Uzaqdan sevməyi öyrətdin mənə.

Vəslinə yetişmək bir xəyal oldu
Gözlərim hər zaman yollarda qaldı
Ağlıma gəldikcə gözlərim doldu
Uzaqdan sevməyi öyrətdin mənə.

Dön artıq,sevdiyim,gözümün nuru
Gəl ki,vəfan ilə bu eşqi qoru
Təkcə öyrənməkdi bu işin zoru
Uzaqdan sevməyi öyrətdin mənə.

Nazlı Hacılı
www.kafiye.net