Hava Biraz Soyuq

Bu gün hava bir az soyuq 
Göy də qara buludlu
Arada bir külək əsir 
Burda mənim əzizim.
Deyirlər ki sərt olacaq
Burda bu il qış yaman.
Şaxta düşüb çovğun olub
Qar yağacaq çox zaman.
Deyirlər ki,
Buz tutacq Hər tərəf.
Ağ donuna bürünəcək təbiət.
Geyinəcək bəyaz paltar ağaclar.
Boş qalacaq budaqdakı yuvalar.
Deyirlər ki soyuq keçir burda qış.
Biz tərəfin soyuğuna bənzəmir.
Hamı geyir qalın paltar əyninə
Küçələr boş qalır kimsə görsənmir.

Bu gün hava bir az soyuq
Göy də qara buludlu.
Arada bir külək əsir
Burda yenə əzizim.
Deyirlər ki sərt olacaq burda yenə qış yaman
Qar yağacaq 
Düz səhərdən axşam gün batanacan.
Burda qışda yanmır soba
Tüstüləmir bacalar.
Nəvələrini başlarına burda yığmır qocalar.
Heç bilmirəm neyləyəcəm
Burda bu qış əzizim.
İlk baharda mən dönəcəm
İlk baharda əzizim.

Nahidə Tagıyeva Qurbanova 11.12.2012
www.kafiye.net