Sən hardan biləsən

Sən hardan biləsən axı qəlbimdə,
Qırmızı yox, qaradır qanın rəngi.
Orda dəfn olunub ,məzar qazılıb.
Mənim həyatımın yaşam ahəngi.

Sən hardan biləsən axı qəlbimdə
Hərdən tufan qopur bulud yaş tökür.
Daş olmuş qəlbimin dərinliyində
Dil açır bir nakam hey qarğış tökür.

Sən hardan biəlsən axı qəlbimdə
Bir qadın oturub məzar başında.
Bir ad söylənilir elə dilində.
O da yazılıbdır o baş daşında

Sən hardan biləsən mənim qəlbimdə
Bir qadın ağlayır mənim yaşımda.
Axır gözlərindən yaş yerinə qan.
O da yas saxlayır bağrım başında

Sən hardan biləsən axı qəlbimdə.
Bir kaman inləyib fəryad qoparır.
Mizrab da ağlayır simin dilində
Kimsə duymasa da haray qoparır.

Sən hardan biləsən axı qəlbimdə
Arzular lal olub danışmır daha
Hardasa yerinə yetəcəyinə
Ümidi qırılıb qalmayıb daha.

Sən hardan biləsən axı qəlbimdə
Hər gecə danışır dinir bir adam.
Əl açır gecənin səsizliyində
Deyir bu bədənə artıq mən yadam.

 

Nahidə Tagiyeva Qurbanova / Bakü- Azerbaycan 02.10 2017
wwww.kafiye.net