SORUŞ

Övlad nədən verir, ona canını,
Ata – ana qədri, biləndən soruş.
Xəstəyə baş çəkib, hal soran çoxsa,
Əsli, kimliyini gələndən soruş.

İlahi hökmünü unutdunsa, sən!
Bil, əməli – saleh adam deyilsən.
Cəhənnəm odunu, soruşa bilsən
Dinə düşmən olub, öləndən soruş.

Kövrəlib yad edər, doğma kəsini,
İstər yurdda versin son nəfəsini.
Qürbətin əzablı, can üzməsini
Ah çəkib, göz yaşı siləndən soruş.

Olsan əgər, özgəsinə əl açar
Ey Mübariz! Hər kəsə sirr, etmə car.
Onu bil ki, biganə sözdən qaçar
Yasda qəmli, toyda güləndən soruş.


Mübariz Hüseyn Borçalı
www.kafiye.net