İmam Hüseyn(ə) kim olub?. Hansı amal ugruna şəhid olub? .Nə üçün imam Hüseyn sevərlər ona əzadarlıq edirlər ? Məğzi nə ? Mənası nə?

Gəlin aydınlaşdıraq..

İlk növbədə imam Hüseyn (ə) ı “ərəb şəhidi”adlandıranlaradı sözüm..imam Hüseyn “ərəb şəhidi ” deyil..islamiyyətin şəhidi..imam Hüseyn insanlıgın nümunəsidi ..

Onu hakimiyyət ugruna döyüşən biri olaraq adlandıranlar ,o hakimiiyyət ugruna vuruşmayib..o islamiyyət ugruna vuruşub..islamiyyətin yaşaması üçün şəhid olub..zatən şəhid olacagını bilə biıə vuruşan biri necə hakimiyyət ugruna vuruşa bilər ki?! Bir halda ki dünyada qalmayacagını bilir..bir halda ki neçə minlik qoşunun qarşısına 72nəfərlə çıxır ? ..Bir halda ki övladları,ailəsi susuz şəhid edilir və imam bunun hamısını bilərəkdən yezidlə mübarizə aparır..və deyir : “Əgər babam Muhəmmədin (ə) dini mənim qətlimdən başqa bir şeylə qalmazsa onda ,ey qilinclar ,doğrayin məni.!”.İmam Hüseynin məqsədi dinimiz islamiyyətin qorunub bugünlərə gəlməsi və yaşaması idi..İmam Hüseyn bir məktəbdi və biz bu məktəbi öyrətməliyik bugünkü gün övladıarımıza..Zülmə boyun əymək ,susmaq elə zülmün özü deməkdi..imam Hüseyn zülmə qarşı vuruşurdu..Yezid lənətullaha qarşı vuruşurdu..O yezid ki ,hakimiyyətdə oturub xəlifə olub ama islamiyyətə zərrə qədər əməl etmirdi.Zina edib içki içməklə məşgul idi..O yezid ki ,fəratın qarşısını kəsib imam Hüseyni və ailəsini susuz saxlamışdı.. Bir bu məqamlara diqqət edin..məgər bu insanlıqdandırmı? Susuz saxlardlnızmı sız kimisə?! Və ya dözərdizmi susuz günlərlə?! İmamın balaca oglu Əliəsgər susuzluqdan yanarkən imam onu götürüb ləşkərin qarşısına çıxıb bir içim su istəyir..lakin Hərmələ oxla balaca altı aylıq uşağın boğazından vurub qətlə yetirir..Bu insanlıqdandı bəs? !. Həzrət Abbas su gəturməkçün Fərata enir..doldurdugu tuluğu susuz uşaqlara gətirməkçün ləşkərlə vuruşur ..hər iki qolunu kəsirlər.dişlərində tulugu tutub yenə vuruşur..sonda oxla tulugu deşdiklərində artıq yerə çöküb şəhid olur..imamın özünü şəhid etdikdən sonra başını nizəyə keçirib gəzirlər…imam Hüseynin balaca qızı imam şəhid olduqdan sonra atasini istəyərək aglayır..sonda gətirib imam Hüseynin kəsilmiş başını onun qarşısına qoyurlar …uşagın ürəyi partlayıb ölür..bütün bunların baş verməsi islamiyyətin bugun yaşamasl üçün olub..sizlərdən bəziləriniz isə onu “ərəb şəhidi” adlandırırsız…xeyr o ərəb şəhidi deyil,islamiyyətin şəhididi..insanlıgın şəhididi..
Keçək əzadarlıq məsələsinə…bu nə üçündür .?.
İlk növbədə bu əzadarlıq gələcək nəsillərə çatdırlmasl və unudulmaması üçündü imamımızın,onlara olunan zülmlərin onun şəhidlik məqaminin və islamiyyətin..islamda özlərinə zərər yetirmək günah buyrulub..kimlər ki qamçı vurub qilincla baş yarirsa bu düz deyil…məhz belə şeylərin ucbatından bir çoxları kənardan baxıb gülürlər..əziz imam Hüseyn sevərlər ,etməyin belə…biz nümunə olmalıyıq başqalarına ki ,onlar bu dinin gözəllikıərini görüb bizə tərəf-islama tərəf gəlmək istəsinlər..öz hərəkətlərimizlə dinimizi tanımayanları ,ateistləri və s..öz dinimiz haqqda mənfi düşüncələrə salmayaq…əza məclislərindən çıxdıqdan sonra hansı işlərlə məşgul oluruq? Kənardan insanlara qarşı münasibıtimiz necədi? Əməllərimiz necədi? Bunlara fikir verək..bu vacibdi ..imam Hüseyn davamçılarıyıqsa ,imam Hüseyn aşiqləriyiksə və imam Hüseyni təblig ediriksə gözəl tanitmalıyıq onu..təkcə ağlamaqla günahlar təmizlənmir.. çöldə məzlum birinə qarşı haqsız hərəkət edib,girib məsciddə imama ağlamaqla günahlardan arınmaq olmaz.imama əza saxlayırsansa əməlində düz olmalısan..Allahı sevirsənsə Allahın sevdiyi kimi olmalısan.çünki biz nümunəyik başqalarına…bizim əməllərimizə baxıb təəssürat yaradırlar özlərində başqaları və Quranı oxumadan islam haqda mənfi düşüncələrə qapılırlar..əməllərimizlə insanları islama çəkməliyik…biz aglamagı təblig etdikcə başqaları anlamayacaq bizi..biz İmam Hüseynin məktəbini öyrətməliyik…əməllərimizdə göstərməliyik..imam Hüseyn islamın yaşaması üçün şəhid olubsa biz də islamiyyəti yaşatmaqq üçün çalışmalıyıq..bu günkü gün biz müxtəlif təriqətlərə ayrılıb mübahisələr etdikcə gözdən salmış oluruq islamı da..parçalamayaq bu dini
Birlik olub islamiyyətimizi təblig edək..imam Hüseyn yolunu davam edək..İmam Hüseyn məktəbini öyrədək..
Biz məktəbini öyrədək..şərt ağlamaq və ağlatmaq deyil..eşqi təblig edək..eşqi olan zatən o müsibətlərə ağlayacaq..Öz aramızda ixtilafda olaraq dini içindən parçalayaraq sadəcə və sadəcə məhvə apararıq dinimizi .bu imam Hüseyn yolu deyil..
Biz əzadarlıgımızı saxlayaq ,ama gözəl şəkildə saxlayaq..dində məcburiyyət yoxdur ,dəvət var ,başa salmaq var..biz gözəl şəkildə dəvət edək ..ən əsası İmam Hüseyn məktəbini öyrədək uşaqlarımıza ,ətrafımızdakılara..

İmam Hüseyn eşqiylə qeydə aldı..

Nigar Şəmsi…
www.kafiye.net