ƏLƏMDAR

Ey Əliyyi Murtəza Heydəri-Kərrar oğlu!
Sən ki pak itrəti-əthara havadar oldun.

Yıxmağa zülm evini sidq ilə and içmişdin,
Bayrağı candan əziz bilən ələmdar oldun.

Düşməni yeksan edib məşk ilə yetdin Fərata,
İçmədin qətrə özün, nəfsinə sərdar oldun.

Canı cananə susuz eylədin fəda ,Abbas!
Zəmanə imamına böylə vəfadar oldun.

Kəsdilər sağ qolunu, bayrağı taxdın sinəyə,
Tək qolla etdin cihad ,düşmən giriftar oldu.

Kəsiləndə sol qolun, aldın ələmi dişinə,
Bu rəşadət ilə də xəlqə iftixar oldun..

Qolların əvəzinə Tanrı sənə verdi qanad,
Mələklər qibtə edən qanadlı təyyar oldun.

Əsər eşqindən ürək ,can Əbəlfəzl, can ağam!
Nə məsudəm ki sənə mən də əzadar oldum.

Tamara Rustamova Tənha Bulud
www.kafiye.net