Bir toy günü

Hekayə

İkinci hissə

Həm yolun uzaqlığı, həm də, gecənin yuxusuzluğu Sərdarı çox yormuşdu.
Natiqin onun üçün hazırlatdığı yataqda uzanan kimi yuxuya getdi. Elə bil ki,illərin yuxusuzu idi .Ayılanda demək olar ki,şər qarışmışdı. Payızın soyuq havası onu bir az üşütdü. Üstünə salınmış odeyalı lap çənəsinə qədər çəkib tavana baxdı.
Sabah toy günü idi . Bu günə Natiqin subaylığının son gecəsi də demək olardı .
Natiqlə hərbi xiddmətdə olduğu zamanlar çox mehriban idilər .Demək olar ki qardaş qədər bir-birlərinə bağlı idilər.
Hərbi xidməti başa vurub hər kəs öz yolunu seçdi.Natiq ticarətlə məşğul olurdu.Sərdar isə heç hərbi xidmətə getməmişdən Neft Kimya İnustutunu biirmişdi.Hərbidən gələn kimi öz ixtisası üzrə işlə təmin olundu.Yüksək məvacibi olmasa da ailəsini dolandıra biləcək bir məvacibi vardı.İşinə qarşı onda olan diqqət ,zamanla onun öz işində irəliləməsinə səbəb oldu.Atasından qalma evlərini təmir etdirib sonra ailə qurmuşdu.Anasının gözaltı etdiyi Nigarı özü də görüb bəyəndi.Öncə qızı sevməsə də zamanla onu dəli kimi sevdiyini və onsuz ona həyat olmayacağını başa düşdü.
Nigar çox da gözəl olmasa da çox ürəyə yatan birisi idi. Nigarın pis bir cəhəti çox qısqanc olması Sərdarı iş yoldaşlarına belə qısqanması idi. Ən adi bir sözdən belə inciyən qız günlərlə lal dinməz olur yemək yemir dodaqlarının arasından su belə keçmirdi.
Qaynanasının dediyi sözlər onun beyninə batmırdı. Ancaq fikrində Sərdarın onu aldatdığını düşünür onu özündən uzaq tuturdu.Belə həyat hər ikisini sıxır əsəblərini pozurdu.Anasının çox cavan dünyasını dəyişməsi ,atasının yenidən evlənib onu analıq əlində böyütməsinin də həyatında böyük rolu vardı.Qız hər şeyə tez reaksiya verir özündən çıxır əsib coşurdu. Bir yandan da uşağının olmamsından narahat olurdu.Sərdar nə qədər onun kölnünü almaq istəsə də heç nəyə nail ola bilmirdi. Bir gün iş vaxtı oan üstü bağlı bir zərf gətirmişdilər . Zərfi əlinə alıb yaşadıqları rayon məhkəməsindən yazılmış yazını görəndə təəccüb etmişdi. Bu nə məsələdir deyib tələsik zərfi açdı.
Zərfin içində olan kağızı əlinə alıb oxuyanda gözlərinə inanmadı.Məhkəmədən çağırış idi. Boşanmaları haqda Nigar məhkəməyə ərizə vermişdi.
Boşanma xəbəri Sərdarı ildırım kimi titrətdi…Öz -özünə ola bilməz deyə deyə otağnda olan stola əlini necə vurdusa otaqda olan yeganə pəncərənin şüşüələri cingildədi. Nigarın hər zaman kədərli olan gözləri gözü önünə gələndə bir anlıq beyni dumanlandı. Nigar onu necə sevdiyimi bilməmiş deyil.
Ayrılmaq nədir necə yəni boşanmaq istəyir. İşdə qərar tuta bilməyib evə tələsdi..Sərdar ondan ayrılmaması üçün Nigarın qarşısında diz çökdü .Onun əllərini əlinə alıb yalvaramağa başladı.Heç bir yalvarmanın məsləhətin xeyri olmadı.
Nigar elə ilk məhkəmədə ondan boşandı.Övladlarının olmaması üçün onlara fikirləşin deyə məhkəmə zaman da vermədi.Elə bil hakim də bu ayrılığın lehinə idi.
Boşandıqdan sonra Nigar ortalıqda görsənmədi.Hara gediyini necə olmasını isə Sərdar cəhd edib kimsədən öyrənə bilmədi.
Artıq beş il keçmişdi.Düz beş il.Elə belə bir payız günü Sərdadrın həyatı darma dağın olmuşdu .O zamndan bu günə payızı sevə bilmirdi.
İndi ona çox yad olan bir yerdə əsgər yoldaşının evində yad bir yataqda uzanıb bunları fikirləşdikcə qəlbi çırpınır gözləinin ucuna gələn göz yaşlarının axmayaıb dayanması üçün onlarla mücadilə aparırdı.
Dodaqlarının arasından iztirab və həsrət qarışıq Nigar adı bir andaca qəlbini titrətdi.
Hardasan Nigar ?
Özü -özünə dediyi sözlərin kiminsə eşidəcəyindən ehtiyat edib tez yerindən qalxdı.Sanki bu otaq ona əzab verdi.Burdan tez uzaqlaşmaq üçün qapıya doğru addımladı.
Əlini qapının dəstəyinə uzadanda kimsə qapını itələdi.
Öz -özünə açılan qapını ağzında bir qadın dayanmışdı.
Sərdar hələ də yuxuda olduğunu düşünüb əlni gözlərinə aparıb gözlərini sildi.
Yenidən baxdı .O ,idi Nigar
Ola bilməz deyib geri addım atdı.
Qapını yenidən örtdü.
Necə ola bilərdi ?
Nigarın burda nə işi var.?
Nigar hara bu ucqar rayon hara ?.
Bəlkə ailə qurub ya da Natiqin qohumudur bunlara qonaq gəlib?
.Bir neçə saniyə içində beynində yaranan suallara cavab tapa bilmədi.
Əlini uzadıb yenidən qapını açdı neç kim yox idi.Dərindən amma həyacan dolu bir nəfəs aldı.
Balkondan keçib həyətə düşdü. Toy mağarı adamla dolu idi.Gözləri ilə Natiqi axtardı.Mağarın baş tərəfində olan qonaqlarla yan -yana əyləşən bəy onu görən kimi ayağa alxıb ona tərəf irəlilədi.Gülə-gülə yaman yatağansan deyib zarafat etdi.Gəl səni səndən sonra qardaş dedikklərimlə tanış edim dedi:
Sərdarın qoluna girib özü əyləşdiyi stola tərəf dartdı.Onu hamı ilə tanış edəndən sonra elə öz yanındaca ona oturması üçün yer etdi.
Hərə ordan burdan danışır deyib gülürdü.
Süfrəyə düzülən yeməklərin yanında yarı içilmiş bir neçə araq şüşəsi də yer almışdı.Sərdarın fikirli olması Natiqin gözündən yayınmadı.
Nə olub deyə ona gülümsündü?
Elə bil dünyaynın borcunu səndən alıblar qardaş qardaşının toyudur götür bir yüz də sən vur görüm sağlığa deyib onun rumkasına göz vurdu.Sərdar istəməsə də əlini içki olu rumaya uzatdı.Ayağa qalxıb Natiqin sağlığına bir neçə cümlə ilə sağlıq deyib rumkanı başına çəkdi.Ay sağol deyə bir iki nəfər yerdən dilləndi.Fikri gördüyü qadında qalan Sərdar yediyi yeməkləri hara yediyini bilmirdi.Onun haqqında kimdən və necə soruşmağa ürək etmirdi.Axı burda kimin kim olduğunu bilmirdi.Ancaq gözləri qara geyimli Nigarını gəzirdi.Nigar çox da dəyişməmişdi.Elə həmin Nigar idi.Bir balaca kökəlmiş ətə qana gəlmişdi.Gözlərindəki kədər isə hələ də yerində idi.
Məclis gecə yarısına kimi davam etdi.Uzaqdan gələn qonaqlar qohum əqrabaların evində yerləşdirildilər.Sərdar Natiqgildə qaldı.Onların yataqlarını bir otaqda hazırlamışdılar.Sabah olacaq toyun həyacanı Natiqi bir az həyacanlandırsa da çox sakit görsənirdi.
Sərdar onun yatmadığını hiss etsə də .sözə necə başlayacağını bilmirdi.
Yavaşca boğazını arıtlayıb sözə başlamaq üçün Natiq deyib ona sarı baxdı.
Natiq hələ dəarin yuxuya getməsə də gözləri yumulu idi.
Sərdarın onu çağırdığını eşidib hay bəli buyur görüm qardaş nə deyirsən dedi.
Onun belə mehriban danışığı ona cəsarət versə də bir az susdu.
Bayq sizdə bir qadın gördüm qara geyimli o kimdir?
Sualı diqqətlə dinləyən Natiq susub sonra qəh-qəhə çəkdi.
Allah sənə kömək olsun burda o qədər qadın var ki .nə bilim kimi deyirsən.
Onun bu sözündə həqiqət vardı.Axı Sərdar necə desin ki, bu geymdə, üzündə bu nişanəsi vardı.Hatiq deməzdimi ki ,mənim evimə gəlib ev əhlinə elə diqqətlə baxmaqda fikrin nədir?Burda olan qadınlar hamısı qohm əqraba və yaxın adamlar idilər.Bu alçaqlıq olmazdımı.?
Susdu.
Özü də dediyinə peşman oldu.
O ,qədər Nigarı fikirləşirəm ki ,hər gördüyüm qadını Nigar bilirəm deyib, qəlbində özünü danladı.

Ardı var

Nahide Tağıyeva Qurbanova
www.kafiye.net