Rahat Ol

Rahat ol…Azadlıqdan zövq al..Sevin..Çünki sağsan.ə,çünki yaşayırsan…Əlindən gedənlərə üzülmə,səninllə qalanlara və qazandıqlarına sevin…Sevin ki , nə vaxtsa səninçün əlçatmaz olan şeylərə indi əlin çatır…Sevin və xoşbəxt ol..Yaşamaqdan zövq al…

Ətrafa bax .Həyat davam edir..Gözlərinin önündən keçənlərə bax..Zaman gedir ..Pis nə olubsa unut…Yaxşıları düşün və xoşbəxt ol..Unutma ki, xoşbəxtlik sənin içindədi.Baş verənlərdə xoşbəxtlik axtarmağa çalışsan onu tapa bilməyəcəksən..Xoşbəxtliyi içində axtar ..Tapacaqsan…Hər şeyə rağmən xoşbəxt ol,çünki sağsan ..yaşayırsan,nəfəs alırsan…Gözlərini yum ,dərin bir nəfəs al …Havanı udursansa-uda bilirsənsə sən xoşbəxtsən…

Həyat keşməkeşli yoldur.Burda büdrəyə də bilərsən, yixilarsan,dizin qanayar,amma təslim olma..Qalx ayağa..Çünki qalxmasan sürünərək davam edəcəksən yoluna..Çünki istəsən də, istəməsən də bu yolu davam etməyə məhkumsan..Çünki zaman seli səni həyatın axarına qatacaq..ona görə qalx ayağa..yolunu sürünərək davam etmə..zaman selinin içinə düşüb batma…Zamanla bir ayaqla…Çünki nə olur olsun yaşamağa dəyər…

Nigar Şemsi …10.09.2018…08:04
www.kafiye.net