QÜRURSUZ ADAM

Qürurun nə olduğunu,
Bilməyər qürursuz adam,
Məzarı hazır olsada,
Ölməyər qürursuz adam.

Müxtəlif xislətə malik,
Başlayar ağ yalanla ilk.
Nə ahıl nədə ki gənclik,
Bilməyər qürursuz adam.

Hərisdir dünya malına,
Vec deyil qeylü qalına.
Həyatın xoş amalına,
Gülməyər qürursuz adam.

Hər yerdə öyər özünü,
Söz desən döyər gözünü,
Tüpürsən o biri üzünü,
Silməyər qürursuz adam.

Yaltaqlıq onunçün peşə,
Müftəlik kefinə nəşə,
Heç zaman özünü işə,
Verməyər qürursuz adam.

Haqqı satmaqçün nahaqqa,
Çıxarar min cürə hoqqa,
Haqq deyər,amma ki,haqqa,
Gəlməyər qürursuz adam.

Qürur çox yüksəkdə,əfsus,
Olmayar hər kəsə məxsus.
Ağlını hisslərə cəsus,
Eyləyər qürursuz adam.

Müəllif. Metanet Duyğulu.
10.09.2018.
www.kafiye.net