Zəhranın xatirəsinə

Hə körpəcə quzum,körpəcə balam Zəhra.
Bax görürsənmi , bizi sənin ilini də sakitcə yola verdik.
Qanına qaltan olan rəsmlərini, günlərlə yaxamızdan asdıq və sonra səni də, digər unutduqlarımızın cərgəsinə qoşduq səssiz-səmirsiz.
O, zaman mələklər səni qanadlarına alıb cənnətə aparanda ,axı biz sənə söz vermişdik .Atanı ,ananı sənin xiffətini etməməyə, sənin acını bizlərlə bölüşmələrinə, onlara dayaq dəstək olacağımıza söz vermişdik.
Körpəm, körpə quzum ,sən onda gəlinciyinlə oynayanda hardan biləydin ki, düşmən gülləsi, hələ tumurcuq açmamış, hələ arzu nədir bilməyən, bap-balaca ürəyini susduracaq .
Və heç zaman o, kiçik ürəyin bir də döyünməyəcək .O məsum siman o, mələk üzün gülməyəcək .Hələ bu dünyanın nadanlıqlarının kölgəsi düşməmiş, su kimi şəffaf olan gözlərin əbədi yumulacaq .
Sən hardan biləydin ki quzum.Sən də ,digər uşaqlara qoşulub məktəbə yollanmayacaqsan.Sənin adına xonçalar tutulub toy çalınmayacq .
Eh quzum eh.
Hə yadındadır quzum. Hələ onda bəzi əmilər ,dayılar vardı .Sənin atana işləyib , alın təri ilə pul qazanıb evinə , səndən sarı qəlbi parçalanmış anana ,az da olsa nəsə etməsi üçün iş də vəd etmişdilər .Səndən sonra dünyaya gələcək körpə balalar üçün, əla olmasa da ,orta bir həyat yaşamaları üçün necə gözəl vədlər vardı.
Zəhram. Sən mələklərin qanadında gedəndə o, körpə məsum simanla çevrilib onların üzünə baxırdın.O kiçik vücudunla hələ də hara getdiyini dərk etmirdin.
Amma simanda dərin bir kədər izi vardı.O, kədərin nə olduğunu mənim kimi bir çoxları bilirdi.
Hələ anlaya bilmədiyin bir dillə onları başa salmaq istəyirdin ki yalan vədlərə inanmayın.Bu ölkənin ilk və son Zəhrası tək mən deyiləm.Məndən öncə çox olub. Və məndən sonra hələ çox məsum Zəhralar mənim həyatımı yaşayacaqlar deyirdin.

Nahidə Tağıyeva Qurbanova 29.08.2018
www.kafiye.net