XƏYANƏT redaktə edilməyib

Birinci Hissə
Hekayə

Salamsız verilən cavab məni açmadı.
Nəsə baş verdiyini anladım.
Az keçmiş otağın qapısı açıldı tibb bacısı idi gələn.İçəri keçib ağız ucu salam verdi.Onun könülsüz verdiyi salamı elə mən də könülsüz cavablandırdım.Baxışlarını məndən yayındırar -yayındıra hal xoş etməyə başladı.
Neçə illər idi ki onu tanıyırdım onda baş verən bu dəyişikliyin nədən yaranmasını bilməsəm də Arzunun bu qədər soyuqluğu məni çox üzdü.Arzuya qarşı hər zaman diqqətli olmuşdum.Neçə illər idi ki onunla eyni otaqda eyni növbədə işləyirdik.Özümə və ailəmə qarşı ondan heç bir zaman belə soyuq münasibət görmədiyim üçün düzü qəhərləndim də.Ailəmdə yaranan və yaşanan hadisələrdən sözsüüz ki xəbərdar idi.Bu bir ay müddətində düzü məni bircə dəfə də olsun axtarıb soruşmamışdı.
Nə olub ? deyə sual etməkdən özümü zorla saxlayıb qarşıma tökdüyüm sənədlərlə yenidən başımı qatdım.
Xeyli görüləcək işlərimiz vardı.Ancaq fikirimi toplayıb heç nəyi düzgün apara bilmirdim.Olmadığım müddətdə sahəmə nəzarət edən həkimin qeydlərini nəzərdən keçirdim . 
Nəzarət etdiyim sahədə doqquz körpə dünyaya gəlmişdi. Doqquz ailəyə sevinc gəlmişdi.Bir neçə gənc ailə ilk olaraq ən böyük ada ata və ana adına çatmışdı Onlardan biri vaxtından erkən doğuş olduğu üçün xəstəxanaların birində hələ də müalicə alırdı..Qalan səkkiz körpənin sağlamlığında heç bir pis göstərici qeydə alınmamışdır.
Qeydiyyat şöbəsndən verilən kağızları axardım tapa bilməyəndə önümdə olan sənədləri kənara itələyib ayağa qalxdım.Pəncərənin önünə gəlib nəmi qoxuyan havadan ciyərlərimə çəkib dərindən bir ah çəkdim.
Gəldiyi vaxtdan özünü sənədləri bir -birinə bağlamaqla məşğul olduğunu göstərməyə çalışsa da Arzunun bir gözü məni izləyirdi.Narahat baxışları nədən belə qaçaqdır deyə düşündüm.Elə pis bir xasiyyətim var ki.
Öz dərdimi unudub onun dərdini çəkməyə başladım.
Görəsən soruşummu?
İçimdən bir səs 
Nəyinə lazım .
Deyib məni bu fikrimdən daşındırdı.Onsuzda onun kəmhövsələ olduğunu bilirdim .B gün olmasa da sabah mütləq özü danışacaqdı.Geri çevrilib otağımızda olan su krantını açdım.Suyun fışıltı ilə axması mənə şəlalənimi yoxsa gur yağışımı xatırlatdığını anlaşdırmaq istərkən otağımızın qapısı açıldı.Gənc bir ana və körpəsi idi .Körpəsini qəbula gətirmişdi. Arzu tez yerindən qalxıb anaya yaxınlaşdı .Onun qucağında yatan körpəni ondan alıb künc tərəfdə qoyulmuş üstü müşənbəli stolun üstünə qoydu.Çox ehtiyatla körpənin əynini soyundurmağa başladı.Körpəni diqqətlə müayinə edib anaya bəzi suallar verdim .
Aldığım suallar məni qane etdi.Bəzi tapçırıqlar verib onu yola salandan sonra növəti xəstəmizi qəbul etdik.Otağa girən bütün pasiyentlərlə hal əhval tutduqdan sonra işimi yekulaşdırdım. Elə iş vaxtı bir neçə həkim və tibb bacıları elə öz otağımdaca gəlib mənimlə görüşüb hər zaman işində gücündə deyib getmişdi.Ancaq narahat ola biləcəyim heç bir sualla üz-üzə qalmamışdım .
Hər qapı açılanda kiminsə deyəcəyi sözdən yaramın sızlaya biləcəyindən ehtiyatlanırdım.Sakit keçən danışıqdan sonra ürəyimdə Allaha sənə şükür deməyi də unutmurdum.İş saatımızın bitməsin on beş dəqiqə qalmış nəhayət Arzunun dili açıldı.
Doktor izninizlə çıxa bilərrəmi?
Başımı yelləyib, hə deyə işarə etdim.
Çox sağolun deyib tez əynini dəyişib otaqdan çıxdı.
Mən də könülsüz olaraq ayağa qalxdım.Demək olar ki bütün günü heçnə yeməmək o yana qalsın bir fincan çay da içməmişdim.
Bu gün ilk dəfə olaraq işdən evə özüm gedəcəydim.Onun mənim üçün ayırdığı avtomobildən və sürücüdən də imtina etmişdim.
Otağın qapısını içəridən bağlayıb qarderobun önünə keçdim .İçimdən özümə diqqətlə baxmaq keçdi.Güzgüdən baxan qadının mən olduğuna şübhə etdim.Altı aydan bəri baş verən hadisələr və bir ay içində yaşanan qarmaqarışıqlıq insanı nə qədər dəyişərmiş.
Gözlərindən kədər oxunan bu qadın ,Hər zaman baxışlarından sevgi duyulan Afət idimi?
Yox ola bilməzdi. Vüsalın etdiyi xəyanət Afəti dəyişməməli qəddini əyməməli idi.
Əllərimi sıxıb güzgüdən gözlərimə baxan qadına hədə gəlirmiş kimi silkələdim .Sən Afətsən onun xəyanəti səni yıxmamalıdır .
İşdə olduğumu bir anlıq unutdum.Özümü evdə bilib acıqla əlimi qarderobun güzgüsünə çırpdım.Əlimin zərbəsindən parçalanan güzgünün şüşələri düz ayağımın ucuna töküldü.Allah saxlamışdı.Özümə gələndə artıq gec idi.güzgü sınmış qapını dəhlizdən döyən vardı.

Ardı var

Nahide Tağıyeva Qurbanova
www.kafiye.net