ADAMAM

Sən çəkə bilmərsən mənim nazımı,
Mən gündə min dona girən adamam,
Ağlayıb gözümdən yaş tökən zaman,
Qəfildən qəh-qəhə çəkən adamam.

Kimsə danışanda dərdi qəmini
Sakitcə dayanıb duran adamam.
Unudub o anda mən öz dərdimi
O kəsin dərdinə yanan adamam.

Hər kəsin dərdini öz dərdim bilib
Hər kəsin dərdini çəkən adamam.
Bir tikə çörəyi min yerə bölən
Özü acqarına yatan adamam

Qocayla qocayam uşaqla uşaq
Elə tez dəyişə bilən adamam
Hamının kölnünün tezcə ovlayıb
Hamıyla dil tapa bilən adamam.

Diriylə diriyəm ölüylə ölü
Hər kəsin dərdini qanan adamam
Mənə zülüm verib zillət çəkdirən
Adamın halına yanan adamam.

Nahidə Tağıyeva Qurbanova 31.07.2018
www.kafiye.net