Özün qoru yar məni,

Bir ömürlük qəlbdə yuva quranım.
Hər sözümdən əhvalımı duyanım.
İzin vermə bu röyadan oyanım.
Al qoynuna əllərinlə sar məni.
Bəd nəfsdən özün qoru yar məni.

Uca boyum yar boyuna yaraşır.
Hər görənlər ikimizdən danışır.
El aləmlər sevgimizə qarışır.
Gəl qoymayaq onları söz salmağa,
Məni səndən.səni məndən almağa.

Pıçıldaşır çoxu bizi görəndə,
Qısqanırlar mən sənə can deyəndə.
Qoy çartlasın elə sənin nənən də 
Heç sevmədi nənən məni nədənsə.
Gözü qalıb bax onun da kimdəsə

İzin vermə aramıza girsinlər.
Söz aparıb bizə söz gətirsinlər.
Dalaşmayaq küsülü görməsinlər.
Sevinməsin qoy bizi sevməyənlər.
Sevgimizə bir xoş söz deməyənlər.

Bir ömürlük qəlbdə yuva quranım.
Hər sözümdən əhvalımı duyanım.
İzin vermə bu röyadan oyanım
Al qoynuna əllərinlə sar məni.
Bəd nəfsdən özün qoru yar məni.

23.08.2018 Nahidə Tağıyeva Qurbanova
www.kafiye.net