İnsaf Ele

İlk olaraq belə bir mövzuya toxundum
Qüsurum üçün üzr istəyirəm .

İnsaf elə nazlı qəmzəli gözəl.
Düymələ yaxanı açıq qalmasın.
Bir cüt nar gizlənib açıq yaxanda.
Baxanda adamın ağlın almasın.

Bal daman ləblərin alır canları.
Gör dərdə salıbdır neçə cavanı.
Dəyişib iqlimi yerdə havanı.
Baxanda adamı dərdə salmasın.

Uca boyun tay olubdur sərvlərə
Dilin baldır yaman düşüb dillərə
Sözün gəzir ay qız evdən evlərə
Qoy sənin günahın kimsə almasın.

Yanağında qoşa xalın yan-yana.
Qara saçın tökülübdür gərdana.
Ağ buxağın yaraşıqdır simana.
Görəndə kiminsə canı yanmasın.

At başına al butalı şalını.
Gizlə yaman gözdən şux camalını.
Qoru bəd nəzərdən sən bu halını.
Qoy səndə kiminsə nəfsi qalmasın.

Nahidə Tağıyeva Qurbanova / 24.08 2018
www.kafiye.net