Satılan qadın

Namusu atılıb ayaq altına,
Həyası isməti tapdanan qadın.
İtirilən torpaqda itirdik səni,
Namusu itlərə satılan qadın .

Dilimiz gödəkdir, sözümüz qısa.
Səni əlimizlə əsir elədik.
Namusu itlərə satılan qadın
Səni yağılara kölə elədik

Yapışdı yaxandan bir nadan əli.
Çəkdi qol gücünə öz yatağına.
Dikildi nə qədər alçalmış gözü,
Dartılıb çırılmış acıq yaxana.

İmtina elədin eyş- işrətdən
Basıldı sinənə siqaret közü.
Tutub saçlarından dara çəkdilər,
Tökdülər ovcuna gördüyün gözü.

Bir sənin namusun, sənin ismətin.
Deyildi ayaqlar altında qalan.
Talandı nə qədər nə qədər elin
Oldu namusları sənin tək talan.

Əymə qamətini əymə qəddini.
Səni satanlara elə ar olsun.
Sən özün yazmadın qara bəxtini.
O bəxti yazana qoy lənət olsun.

 

Nahidə Tağıyeva Qurbanova /  23.8.2018

www.kafiye.net