ÜZƏ GÜL
(sevgi şeri)

Təbii bir rolun sən ifaçısı,
Mən isə kənardan seyr edən oldum.
Ürəkdən keçənlər qaldı içimdə,
Nə dedin, sən dedin-eşidən oldum.

Acı tale vaxtsız saç ağartdısa
Məhəbbət, mənimçün son hədmi, oldu?
Ağ saçım tikanlı məftilə dönüb,
Bizim aramıza sərhədmi, oldu?

İllərcə yanan şam – alışsa əgər
Təzə-tər pərvanə yanmazmı, oda!?
Odlu bir ürəklə sevilən dilbər
Sevəni bir dəfə salmazmı yada?

Ləkələr salıbdı, sevgi qəlbimdə
Cərrahtək götür – at o qara xalı.
Məlhəmim gizlənib vəfa, mehrində
Üzə gül, yox eylə dərdi-məlalı.

Səni çaşdırmasın saça düşən dən,
Sinəmdə eşq dolu ürək döyünür.
Nəzər sal, ağ rəngli gülün içindən
Al-qana boyanmış köksü görünür.


Mübariz Hüseyn Borçalı
www.kafiye.net