SEVGİLİM DEYİLMİSƏN?

Gülüm nədir, bu halət.
Sevgilim deyilmisən?
Bilir oba, əyalət
Sevgilim deyilmisən?

Yayındırıb gözünü,
Çevirmə gəl, üzünü.
Sirr saxlama sözünü.
Sevgilim deyilmisən?

 

Dadaq arzu, bəxt kamı
Yandıraq sevinc şamı,
Təbrikə gəlsin hamı
Sevgilim deyilmisən?

 

Əğyarımı inandır
İki sevən bir candır.
Qüssəni oda yandır
Sevgilim deyilmisən?

 

Hicran durarsa üzə
Qorxuram ki, can bezə
Müjdə et, Mübarizə
Sevgilim deyilmisən?

Mübariz Hüseyn
www.kafiye.net